Altay adlı gənc, müəlliminin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı ittihamlarına cavab verdi

Fransada yaşayan etnik türk, müəllimin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş hadisələr barəsində söylədiyi sözlərə reaksiyasına görə hücuma məruz qalıb.

Litsey şagirdi olan Altay, müəlliminin 1915-ci il Osmanlı dövlətində baş verən hadisələrlə bağlı ittihamlarına cavab verib. Onun bu reaksiyasından sonra müəllim və məktəb rəhbərliyi gənci cərimə və həbslə təhdid etdi. Sonra Altayla müsəlman kimliyi və ekstremizm mövzusunda bir sorğu keçirən Fransız xüsusi xidmət orqanları ilə maraqlanmağa başladı.

2 iyunda tarix dərsində Altayın müəllimi 915-ci ildəki hadisələrdən danışaraq erməni tezisini səsləndirərək hadisəni "soyqırım" adlandırdı. “Erməni soyqırımı” nı inkar etmək Fransa qanunlarına görə cinayət sayılmasa da, Altayı həbslə,hədə-qorxu ilə təhdid etməyə  və radikalizmdə günahlandırmağa başladılar.

Təhlükəsizlik səbəbi ilə soyadlarınıı açıqlamayan Altayın ailəsi Burgundiya-Franş-Konte bölgəsində yaşayır.

"Anadolu" agentliyinə verdiyi müsahibədə ailə üzvləri həmin müəllimin 2 saatlıq dərsin bir saatını ermənilərin yalan ittihamlarını təbliğ etməyə həsr etdiyini və 40 dəqiqə "türklərin dinc erməniləri öldürdüyünü" təkrarladığını söylədi.

“Mən dözə bilmədim və sakitcə soruşdum:“sübut varmı?”. Müəllim mənim bu sualıma bərk hirsləndi və “sən bunu necə inkar edə bilərsən?”-deyə cavab verdi. Mən o vaxtlar nə baş verdiyini çox sakit bir tərzdə danışdım. Sonra şagirdlərdən biri üstümə qışqırdı. Mən yenə də soyuqqanlığımı saxladım”- deyə Altay bildirib.

Altayın dediyinə görə, müəllim onu ​​həbslə hədələməyə başlayıb.

Bundan sonra təhsil müəssisəsinin rəhbərliyi Altayın atasını məktəbə dəvət edib və "soyqırımı" inkar etdiyi üçün Altayın 1 ilə qədər həbs oluna biləcəyini bildirib.

Altay vurğuladı ki, əslində Fransa qanunlarına görə soyqırımı inkar etmək cinayət sayılmır, çünki Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 1915-ci il hadisələrini soyqırımı kimi tanımır və heç kimə bunu qəbul etməyə məcbur etmir.

Yeniyetmə, 9 iyun tarixində kəşfiyyat xidmətinin onu dindirməyə çağırdığını da söyləyib.di.

Altayın dediyinə görə, kəşfiyyat məmurları onunla yaxşı davranıblarr və heç bir cinayət işlətmədiyini söyləyiblər. Buna baxmayaraq, ondan ailə üzvlərinin adları, sosial media hesabları və şifrələri istənilib.

“Müsəlman olub-olmadığımı, dinimi qəbul edib-etməyəcəyimi, namaz qılıb-oxumadığımı soruşdular. Hər hansı bir qrupla əlaqəli olub olmadığımı da soruşdular. Mənfi cavab verdim ”-deyə Altay bildirir.

Altay şiddətli stres yaşadığını və hətta gələcəyi üçün qorxmağa başladığını söyləyib:

“Artıq məktəbdə heç kimlə danışmaq, sinifdə əl qaldırmaq istəmirəm. Mən ora getmək istəmirəm, hamı nə baş verdiyini bilir ”.

Altayın atası Aydın, müəllimin ona təcili olaraq yenidən zəng etməsini xahiş etdiyi bir mesaj göndərdiyini söylədi.

“Məktəblə əlaqə saxladım, məni cərimələməklə, hətta həbs etmə ilə hədələdilər. Onlar milçəkdən fil düzəltdilər ”-deyə Altayın atası bildirib.

https://www.aa.com.tr/ saytından rus dilindən tərcümə etdi:

Şakir QURBANOV