Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun

bildirib ki, son illər Türkiyə coğrafiyasında və ətrafında baş verən hadisələr Türk Birliyinin nə qədər zəruri və həyati bir məsələ olduğunu bir daha ortaya qoydu.

  İstanbulda Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin ev sahibliyi ilə "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media və informasiya işləri üzrə nazir və yüksək vəzifəli şəxslərinin 4-cü toplantısı" keçirilib.

  TRT-nin məlumatına görə, toplantıda çıxış edən F.Altun Türk Dövlətləri Təşkilatının türk dövlətləri arasında media koordinasiyasını da artıracağına inandığını bildirərək deyib: “Görüşlər media, kommunikasiya və informasiya sahələrində ortaq yol xəritəsi, birgə addımlar və yeni əməkdaşlıq imkanlarını formalaşdırır.  Sosial mediada dezinformasiya ilə mübarizə mövzusu mühüm məsələlərdən biridir  Türkiyə təəssüf ki, dezinformasiya və rəqəmsal faşizmin despotik təcrübələrinə daha çox məruz qalan bir dövlətdir. Əslində biz türk dövlətlərinin hamısı beynəlxalq arenada informasiya müharibələri və insanlara qarşı dezinformasiya bombardmanı ilə üz-üzəyik. Bu həm də bizim milli təhlükəsizliyimizə təhdiddir.

  Son illər türk coğrafiyası və ətrafında baş verən hadisələr Türk Birliyinin nə qədər lazımlı və həyati bir məsələ olduğunu bir daha gözlər önünə sərib. Ölkələrimizi və ümumilikdə türk dünyasının bütövlüyünü hədəfə alan dezinformasiya probleminə qarşı mübarizədə milli və beynəlxalq mətbuatda, eləcə də sosial mediada əlaqələrimizin, mühüm müqavimət potensialının inkişaf etdirilməsi və müəyyən mənada yol xəritəsinin ortaya qoyulması zərurətə çevrilib. Bildiklərimizi, təcrübələrimizi bir-birimizlə bölüşməli, gücümüzü birləşdirməli, effektiv addımlar atmalıyıq.”

TEZADLAR.AZ

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA