booked.netbooked.net booked.net  

“Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “New Media Hub” platforması çərçivəsində təlimlər davam edir.

Gənclər Hərəkatından əldə etdiyimiz məlumata görə, növbəti təlim Əməkdar jurnalist, professor Qulu Məhərrəmli tərəfindən keçirilib.

Təlim zamanı Q.Məhərrəmli "Cəmiyyət necə dürüst məlumatlandırılmalıdır?" adlı mövzu ilə bağlı öz təcrübəsini gənclərlə bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər verib.

Səmimi söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.

Qeyd edək ki, "New Media Hub" platforması Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra edilir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN