Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq mayın 20-də Qazaxda “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib.

Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Baş Prokurorluğun Mətbuat xidmətinin prokurorları Mələk Əliyeva, Aynur Əfəndiyeva, Qazax Rayon Prokuroru Rauf Gözəlov, Tovuz Rayon Prokuroru Marif Hüseynov, Ağstafa Rayon Prokuroru Anar Cəfərov, prokuror köməkçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax, Tovuz və Ağstafa rayonları üzrə fəaliyyət göstərən media qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini və adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

Sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” abidə kompleskini və şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid Vətən oğullarını yad ediblər.

Daha sonra tədbir Qazax Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, yüksək səviyyəli konfransın respublikamızın ən ucqar rayonu olan Qazax rayonunda keçirilməsinə görə zəhməti olan hər kəsə, xüsusən də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə təşəkkürünü bildirib. İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir...”. Rayon rəhbəri bu gün Azərbaycan Respublikası Prokurorluğunun bu məqsədə çatmaq üçün böyük səylə çalışdıqlarını və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiklərini bildirib. İcra başçısı qeyd edib ki, bu il 22 fevral tarixində Baş Prokurorluqda prokurorluq orqanları tarixində ilk dəfə olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin, “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdimatı olmuşdur. “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimində diqqətə çatdırılmışdır ki, ölkəmizdə güclü, müstəqil və obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşdırılması və inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti uğurla davam etdirilir. Prokurorluq orqanları tərəfindən də cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, şəffaflığın təmin olunması məqsədilə kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi əsas vəzifələrdən biri hesab edilmişdir. Həmin tədbirlər çərçivəsində 2021-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən bir sıra informasiya agentliyi “Prokurorluğun dostu” mükafatı ilə təltif olunmuşlar. Tədbir zamanı “Prokurorluğun dostu” mükafatı təqdim olunmuş media nüməyəndələri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə etmiş, prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını bildirmişlər. Rayon rəhbəri sonda bir daha Qazaxda "Media və hüquqi maarifləndirmə" mövzusunda konfransın keçirilməsinə görə razılığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Qazax Rayon prokuroru Rauf Gözəlov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib. R.Gözəlov Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasətinin artıq bəhrəsini verdiyini qeyd edib. Media nümayəndələri, qeyri-hökumət təşkilatları ilə prokurorluq orqanları arasında olan əlaqələrdən, münasibətdən danışan rayon prokuroru bugünkü konfransın işinə uğurlar arzulayıb.

2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından bəhs edən Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Mələk Əliyeva çıxış edərək vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 220-ə qədər müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirib. M.Əliyeva vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində görülmüş kompleks işlər barədə məlumat verib.

Konfransda həmçinin, son dövrlər aktuallığı ilə seçilən narkomaniya probleminin mübarizə yolları müzakirə olunub, tədbir iştirakçılarına Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən hazırlanmış “Narkomaniyaya yox de” adlı broşurları təqdim edilib.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA