booked.netbooked.net booked.net  

Bakının dördbir tərəfi və Abşeron yarımadası zeytun və badam bağlarına meydandır…

…Bakının yarıqumsal torpaqlı və küləkli olması şəhərin yaşamı üçün daha əlverişli mühitin yaradılmasını şərtləndirir. Bunlardan ən vacibi yarımadanın yaşıllaşdırılmasıdır… Xəzərin şimalından əsən güclü külək bəzən Bakını şərqdən-Türkmənistan istiqamətindən gələn toz dumanının əsirinə də çevirə bilir. Və şimal küləyi həm də Abşeron yarımadasının yarıqumsal torpağından qaldırdığı tozu paytaxt atmosferində normadan artıq toz dumanına səbəb olur. Bəs bunun qarşısını necə almalı?

 Hələ ötən əsrin əvvələrində küləklər şəhəri Bakıda yaşıllıqların salınması ilə bu ekoloji narahatlığın qarşısını almağa səy göstərilmişdir. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin Quba və Xaçmaz, Lənkəran bölgəsindən Bakıya torpaq gətirtdirməklə yaşıllıqlar salmasının nişanələri hələ də durur. İndiki Botanika bağı, Mərdəkanda, Bakının Xətai rayonu ərazisində Nobel qardaşlarının bağı kimi tanınan yaşıllıq əraziləri və s. buna missal ola bilər. 70-ci illərdə isə məhz Bakının quraqlı və küləkli şəhər olaraq yaşıllıqlara ehtiyaclı olmasını nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev Bakıda böyük ərazilərdə yaşıllıqların salınmasına birbaşa nəzarət etmişdir.

 Bakının həmişəyaşıl meşəlikləri…

 Bəli, bir müddət Bakıda həmişəyaşıl ağacların əkininə üstünlük verilib. Bu sırada iynəyarpaqlı küknar, şam, sərv və s. ağaclar əkilməyə başlandı. Lakin Abşeronun küləkli havasına şam və küknar ağacları dözümsüzdür, bir müddət sonra yerə yıxılır… Düzdür, quraqlığa davamlığı öz yerində, amma torpağın dərinliyinə kök ata bilməyən bu növ ağaclar hündürə boy verəndə Abşeronun küclü küləyinə təslim olur…

 Zeytun həm küləyə dözümlüdür, həm bar verən, həm də uzun ömürlüdür…

 Beləliklə, Abşeronun küləyinə dözən, həm də iqtisadi cəhətdən səmərəli olan, quraqlığa isə dözümlü zeytun ağacı Bakının iqlimində yeganə yaşıllıq simvoludur... Hətta bir dəfə Qarabağ bölgəsinə ezamiyyəyə  gedərkən Hacıqabul rayonu ərazisində magistral yolun hər iki kənarına kütləvi olaraq şam və barsız başqa ağacların əkinini gördüm… Dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimovaya zəng vurub təklifimi verdim… Dedim, bu ərazinin də torpaq strukturu (kimyəvi-fiziki tərkibi) Abşeronunku kimidir. Niyə burada zeytin əkilməsin? Həm barı olar, həm uzun ömürlüdür, həm də suszluğa davamlıdır… İradə xanım bu təklifi aidiyyəti üzrə rəhbərliyə çatdıracağını bildirdi… Və Ağdamdan iki gün sonra geri qayıdanda həmin ərazidə zeytun ağaclarının əkildiyini gördüm.

 Bu, əslində, təbiətə, Azərbaycanın iqtisadiyyatına, ekologiyasına diqqətin və canyananlığın ifadəsi idi. Bu gün həmin magistral yolu keçənlər görə bilər ki, böyük bir ərazi necə bir yaşıllığa qərq olub…

 

 “Grand Aqro”nun Abşeronu zeytunlaşdırma siyasəti…

 Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara rəğmən, Abşeron yarımadasında kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi ilə bağlı möhtəşəm fəaliyyət var. Məsələn, Xəzər rayonu ərazisində (Abşeron rayonuna təhkim olunmuş) kənd təsərrüfatı təyinatlı torpaqlarda “Grand Aqro” MMC tərəfindən 4 min hektara yaxın sahədə aqropark yaradılmaqdadır. 3 ilə yaxındır başlanan bu yaşıllaşdırma siyasətinin əyani sübutu isə göz önündədir. Bu gün Türkan və Qala, Hövsan… qəsəbələrində aparılan zeytunlaşma və badamlaşma siyasətini canlı olaraq izləməli olduq. İndiyədək paytaxtın “Beton yol” adlanan ərazisindən Mərdəkan və Qala qəsəbəsi istiqamətinə gedən yolun hər iki istiqamətində göz oxşayan zeytun və badam meşəliyi diqqəti çəkir. Xəzər rayonunun Türkan qəsəbəsində isə “Azərbadam”ın istehsal müəssisəsi yaradılıb. Eləcə də burada “Grand Aqro” MMC-nin yeni zeytun ishehsalı müəssisəsinin tikintisi davam edir…

***

 Yüz hektarlarla badam və zeytun bağlarına qulluq ikinci ildə öz bəhrəsini verməkdədir. İki il əvvəl bu ərazilərdə qoyun-quzu, mal-qara otarılan ərazilərdə indi zeytun və badam meşəliyi göz oxşayır, ekoloji zövq verir… Burada vacib şərt suvarma sisteminin qurulmasıdır. Damcılama üsulunun tətbiqi sayəsində min hektarlarla quraqlıq ərazilərdə indi yamyaşıl meşəlik görmək nə qədər zövqvericidir!

Qeyd edim ki, Abşeronun və Bakının bir çox qəsəbə və kəndlərini suvarma suyu ilə təmin edən “Abşeronmagistral” kanalının yenidən qurulması sayəsində bu işlər ortaya gətirilib.

***

 Bəli, Abşeron zeytun bağları ilə məşhurdur. Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqda zeytun bağlarının sahəsi sürətlə genişləndirilib, ötən əsrin 70-ci illərinin əvvəllərində isə daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılıb. Hazırda 2 min hektardan çox zeytun bağları məhsuldar sahəyə gətirilib.

Bilməyənlər üçün: Zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər məhsul toplanıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod işə salıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi Cümşüd Naxçıvanlı adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsi məcburi köçkünlər tərəfindən zəbt olunub, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi statistikasına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar olub. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Şükürlər olsun, Azərbaycanda zeytunçuluğun inkişafına səy göstərən “Grand-Agro” MMC 2017-ci ildə təsis edilib, hazırda şirkətin istifadəsinə verilmiş 3000 hektara yaxın ərazidə böyük həcmli əkinlər həyata keçirmək üçün sahələr məişət və sənaye tullantılarından, eləcə də plantaj şumlama aparmaqla daş, qayalıqlardan təmizlənib. 2019-cu ildən başlayaraq 1100 hektar ərazidə (əsasən zeytun olmaqla) 800 000-dən çox zeytun və badam tinglərinin əkini həyata keçirilib.Qala-Türkan magistral yolun kəsişməsində bağlara texniki xidmət göstərən park yaradılıb.

Burada çalışan bağban Nazim Quliyevlə söhbətimiz lap yerinə düşdü:

-Bu gördüyünüz tinglərin seçimində torpaq sahələrinin, su mənbələrinin bioloji və kimyəvi analizləri aparılmış, yerli iqlimi, məhsulun bazar üstünlüyü nəzərə alınmışdır... Burada yüksək məhsuldarlığı ilə seçilən Türkiyə, İspan, İtaliyan və Fransız mənşəli 23 zeytun və 9 badam sortundan ibarət sortlar gətirilib əkilmişdir. Damcılama üsulu ilə suvarma aparılır...  30-dan çox sortun əksəri ilk dəfə ölkəyə “Grand-Agro” MMC tərəfindən gətirilib. Çalışırıq ki, yüksək çıxışlı bitiş əldə edək. Bu sortlar iki-üç ilə məhsul verir...

***

...Həmsöhbətim onu da əlavə etdi ki, Qala, Türkan, Hövsan, Zirə, Ramanada son 3 il ərzində 3 min hektara yaxın ərazidə əkin aparılıb, suvarma sistemləri qurulub. Zeytun Emalı Zavodu istismara verildikdən sonra ümumi işçi heyətinin 500-ə çatdırılması planlaşdırılır.

 O da var ki, ”Grand-Agro” MMC-nin əkin sahələrindən maksimum məhsuldarlıq planlaşdırılır. İllik emal gücü 15 000 ton olan süfrəlik zeytun və zeytun yağı  istehsalı kompleksi artıq məhsul istehsalına başlayıb. Biz söhbət edərkən Türkan qəsəbəsində yeni müəssisənin inşaası davam edirdi.

***

...Bu söylədiklərim nəzəri fikir toplusu təsiri bağışlaya bilər. Lakin bunların canlı şahidi olmaq üçün bu sətirlərin müəllifi kimi, Türkan, Qala və Hövsan... qəsəbələrində salınmış zeytun və badam meşəliyini canlı görmək vacibdir... Bunun üçün isə uzağa getmək lazım deyil. Tezadlar.az saytında təqdim olunan fotoşəkillərə baxmaq da yetərlidir... Göz işlədikcə uzanıb gedən zeytun və badam meşəliyi Abşeronun quraqlıq təbiətinə yeni mənzərə və ekoloji zövq verməkdədir. Букмекерская контора 1win успешно закрепилась на рынке азартных игр благодаря продуманной стратегии и широкому спектру предложений для своих клиентов. Основным преимуществом 1win является удобный и интуитивно понятный интерфейс сайта, позволяющий быстро осуществлять ставки на множество спортивных событий, включая не только традиционные виды спорта, но и киберспорт. 1win Компания предоставляет выгодные коэффициенты и широкую линию для ставок, что делает её привлекательной как для новичков, так и для опытных игроков. 1win та

Sonda: Küləkli, quraq iqlimi olan Bakımızı-Abşeronu zeytunlaşdıran və badamlaşdıran xoş niyyətlilərə “Əməyiniz yerdə qalmasın!” deyirik...

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.17).

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN