"ADA Universitetində keçirilən dəyirmi masada Türkiyədən Azərbaycana səfər edən həmkarlarımızla ölkəmizdə ənənəvi mediadan yeni mediaya keçidin perspektivlərini müzakirə etdik. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla başladılan islahatların tərkib hissəsi olan medianın inkişaf istiqamətlərini müzakirə etmək üçün Azərbaycanla Türkiyə arasındakı media platforması bizə bu imkanı yaradıb. Bu dəyirmi masa da həmin platforma çərçivəsində keçirilən tədbirlər silsiləsindəndir".

Tezadlar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib.

"Bu gün nəinki türkiyəli həmkarlarımız, həmçinin Türkiyədə akkreditə olunmuş xarici mətbuat nümayəndələri də müzakirələrdə iştirak ediblər. Düşünürəm ki, belə müzakirələrin aparılması bizə Azərbaycanın media sahəsində islahatların həyata keçirilməsi istiqamətində kömək göstərəcək. Bu dəyirmi masa dünya praktikasında mediada gedən tendensiyalar və ənənəvi medianın yeni mediaya keçidinin təşkili üzrə xarici təcrübənin öyrənilməsi, eyni zamanda, Türkiyədə olan media subyektlərinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılması üçün yaxşı imkan oldu", - deyə Ə.İsmayılov qeyd edib.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA