booked.netbooked.net booked.net  

Ombudsman Nino Lomcariya ölkədə fəaliyyət göstərən Rusiyameylli “Mühafizəkar hərəkatı - Alt İnfo” partiyasının ləğvini tələb edir.

Yezadlar.az Gürsüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Gürcüstanın ictimai müdafiəçisinin 2021-ci il iyulun 5-də baş vermiş hadisələrlə bağlı bəyanatında deyilir. Sitat: "İctimaiyyətə xatırlatmaq istərdik ki, Gürcüstanın Avropa Komissiyası tərəfindən Aİ üzvlüyünə namizədliyi üçün ilkin şərtlərdən biri həssas qrupların müdafiəsi və zorakılıq törədənlər və təşkilatçıları üçün daha effektiv ədalət mühakiməsidir".

Lomcariya bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan ictimaiyyət “Mühafizəkar hərəkatı” partiyasının Rusiyameyilli olduğu üçün, fəaliyyətinə qarşı etirazlara başlayıb. Bu səbəbdən siyasi təşkialtın ölkə üzrə bir neçə ofisi bağlanmağa məcbur olub. Təsisçisi “Alt-İnfo” onlayn media resursu olan “Mühafizəkar hərəkatı” partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb. Yaxın günlərdə partiyanın ləğvi reallaşacaq.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN