Nəhayət, Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.

Tezadlar.az Haber-Türk-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb. Hansı razılığa gəlinməsi barədə son Qərar hələki təfsilatı ilə açıqlanmır. 
Xatırladırıq ki, yaranmış kritik vəziyyət Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi ilə bağlıdır. Rusiya bütün ciddi-cəhdlə Ukrayna şəhərlərini atəş altında saxlayır və konkret məqsədi də aydındır: Ukraynanı işğal etmək!

A.Məmmədli