Ukrayna Almaniyanın “İris-T SLM” hava hücumundan müdafiə sistemlərini yayın sonu - sentyabrın əvvəlində ala bilər.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok “Azadlıq” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin istehsalı son mərhələdədir: “Başqa bir dövlət hava hücumundan müdafiə sistemlərini almalı idi və bu dövlətlə Ukraynaya təhvil verlməsi üçün onunla danışıqlar aparıldı”.

Ukrayna bundan əvvəl isə oxşar sistemləri Polşa və ABŞ-dan almışdı. Rusiya isə mənasız və itkili müharibəni davam etdirməkdədir.

A.Məmmədli