Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti Kiyev vilayətinin Buçanski rayonunun Babintsı kəndində vəhşiliklər törədən Çeçenistandan olan daha bir rusiyalı hərbçinin kimliyini müəyyən edib.

Tezadlar.az Ukrayna mediasına istinadl abildirir ki, bu barədə rəsmi məlumat da var. Sitat: "Hücum edən şəxs Rusiya Qvardiyasının Çeçenistan Respublikasındakı "Axmat" xüsusi təyinatlı mobil dəstəsinin (daha çox OMON kimi tanınır) komandiri idi - Bisaev Anzor Saladieviç. Bu işğalçı Kadırovun yaxın çevrəsinin bir hissəsi idi."
Məlumatda o da deyilir ki, martın əvvəlində işğalçı tabeliyində olan şəxslərlə birlikdə yerli şəxsi evlərdən birinə soxularaq bir yeniyetməni qaçırıb. Uşaq müxtəlif işgəncələrə məruz qalıb, ondan Ukrayna Silahlı Qüvvələrinin yeri barədə məlumat tələb edilib, odlu silahla hədələnib, boğazına bıçaq dayayıblar. Daha sonra onu zirehli maşına mindiriblər və zorakılıq etməyə davam ediblər, fiziki zorakılıqla hədələyiblər. Kiyev vilayəti azad edildikdən sonra işğalçı Rusiya ərazisinə qaçıb və bu günə kimi orada ədalətdən gizlənib. Cinayət törədən şəxsə ittiham elan edilib, onun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. İyulun 17-də Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andriy Nebitov bildirib ki, artıq Kiyev vilayətində işğalçıların əlində həlak olmuş 1346 mülki vətəndaşın cəsədi tapılıb. Avqustun 5-də Bellingcat qrupunun və The Insider-in müstəntiqləri videoda ukraynalı döyüşçüyə işgəncə verən rus işğalçısını müəyyən edə bildiklərini elan ediblər. Onlardan birinin Oçur-Suge Monquş adlı tuvalı olduğu ortaya çıxıb.

Əlavə şərhə ehtiyac varmı?

A.Məmmədli


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA