booked.netbooked.net booked.net  

İyun ayında keçirilən parlament seçkisi Ermənistan hökuməti ilə müxalifət arasında aylarla davam edən qarşıdurmanın nəticələrinə heç bir aydınlıq gətirmədi, çünki respublikanın siyasi məkanı faktiki olaraq dəyişmədi. Seçkinin qalibi-baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ənənəvi populist aksiya keçirdi, Qarabağ klanının millətçiləri səngər strategiyasını işləyib hazırlamağa başladılar, məğlub olanlar isə kölgədə qalmaq taktikasını seçdi.

Kəskin sosial problemlər öz həllini tapmayıb, erməni diplomatiyasının və ordusunun gələcəyi sual altındadır, sərhəddə vəziyyət məsələsi cavabsız qalır. Yeni seçilmiş respublika rəhbərliyi alternativ siyasi reallıq yaratmaq istəyir. Cümə günü baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan  çox az əhəmiyyət kəsb edən siyası partiyaların rəhbərləri ilə görüşüb. Paşinyan "sağlam" müxalifətlərlə işləməyə hazır olduğunu bildirib, qatı millətçilərin bostanına daş ataraq, hakimiyyəti uzurpator məngəsindən xilas etməyə çalışdığını vurğulayıb. Parlamentdən kənar partiyaların liderlərinin siyasi çəkisi bir neçə faiz olsa da, Paşinyanın məqsədi daxili siyasi məsələləri müzakirə etmək xülyası olub.

Uzun illər ərzində ilk dəfə olaraq Ermənistan parlamentində respublika rəhbərliyinə qarşı açıq-aşkar antaqonist mövqedən yanaşan iqtidar partiyası və real müxalifət təmsil olunub. On illər ərzində Milli Məclis sistemli müxalifət hesabına formalaşmışdı. İndiki vəziyyət o qədər qeyri-adidir ki, Paşinyan da, parlamentə daxil olan Qarabağ separatçıları da parlament demokratiyası çərçivəsində siyasi mübarizə aparmaq barədə təsəvvürə malik deyillər.

"Ermənistan" blokunun millətçiləri ölkə və regiondakı vəziyyətdən asılı olmayaraq, Paşinyanla mübarizəni davam etdirəcəklərini bildirirlər. Bu barədə "Daşnaksütyun" un üzvü İxşan Saqatelyan çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib. Hələlik parlament formalaşmayıb, amma daşnaklar artıq özlərini Milli Məclisin üzvləri kimi görürlər. O zaman "Daşnaksütyun" un arzuladıqları gerçəkləşə bilər, inqilabi Federasiyanın üzvləri isə erməni siyasətinin marginallarından sayılmayacaqlar. Daşnaklar partiyanı yeni qüvvəyə çevrilmək, Ermənistanın ziyanına daxili siyasi məsələlərin müzakirəsini parlamentdən kənarda saxlamaq, Milli Məclisinin özünü isə Paşinyanı mümkün qədər tez istefaya məcbur edəcək mübarizə meydanına çevirmək fikrindədirlər. Saqatelyan mətbuat konfransında tərəfdarlarına bundan başqa heç nə vəd etməyib.

Bununla yanaşı, hazırkı vəziyyət erməni siyasətinin hər iki cəbhəsini qane edir. Paşinyan Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı izahat verməkdən yayınır , onun delimitasiyası məsələsinin həllinə tələsmir. Parlament formalaşana qədər Paşinyanın səlahiyyətləri məhduddur - o, baş nazirin səlahiyyətlərini davam etdirir, lakin özünü tamamilə rahat hiss edir. O, kadr siyasəti, onun siyasətindən narazı olanlara cinayət işi açdırır, dəyirmi masala görüşləri keçirir, rəqiblərinin onunla dil tapmadığı təqdirdə öz müxalifətini yaradacağına işarə edir.

Belə bir şəraitdə respublika üçün vacib olan məsələlərdən heç biri, o cümlədən nəqliyyat dəhlizlərinin blokadan çıxarılması problemi həll edilmir. Millətçilər Paşinyanı fəaliyyətsizlikdə, investisiyaların olmamasında, ölkənin "köhnə" və "yenilərə" bölünməsində günahlandırmaqda davam edirlər. Belə siyasi vəziyyət müharibədən sonrakı nizamlanmanın aktual məsələlərini həlli etməyə imkan vermir.

Tərcümə etdi:Şakir QURBANOV

https://vestikavkaza.ru/

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN