"Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini ləğv etməyə hazırlaşır – bu o deməkdir ki, Avropanın yox dediyi Rusiya miqrantları turist adı altında Gürcüstana gələcək".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Mixeil Saakaşvili sosial media hesabında belə yazıb. Sitat: “Zelenskinin planı işə düşdü - Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini ləğv etmək niyyətindədir ki, bu da Avropadakı rusiyalı turistlərin sayını təxminən on dəfə azaldacaq. Estoniya, Latviya, Finlandiya, Litva, Hollandiya, Danimarka və Çexiya artıq praktiki olaraq vizaların verilməsini ləğv ediblər. Bu isə o deməkdir ki, Avropanın yox dediyi Rusiya miqrantları turist adı altında Gürcüstana gələcək".

Həqiqətən də Rusiyanın Ukraynaya ədalətsiz müdaxiləsi və müharibəsi dünyanın bütün nizamını pozmaqdadır... Vahid dünya məkanının az-çox sakit həyatına zəhər qatılıb. Bütün Avropa isə Rusiyanın yaratdığı problemlərə məşğul edilib...

A.Məmmədli