booked.netbooked.net booked.net  

Azad Məsiyev: “Tarixi torpaqlarımızda təhlükəsizlik zolağı yaratmaqla təhükəsizliyimizi  təmin edə bilərik...”

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fikirlərini oxucularımıza təqdim edirik:

- Ermənistan təxribatlar törətməklə münaqişəni gərginləşdirmək planını gündəmdən salmır. Siz də bu yaxınlarda mətbuatda bəyan etdiniz ki, ermənilərin sərhəddə atəşkəsi pozması siyasi sifariş olub. Ermənistan-Azərbaycan arasında  sülhün əldə edilməsi mümkündürmü?

- Ermənistan-Azərbaycan sərhədində təxribatlar olmalı idi ki, ABŞ və Qərb rəsmiləri fəallaşsınlar. Fikir verin, Fransa dərhal BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı və konflikti beynəlxalq müstəviyə qaldırmağa cəhd etdilər. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfəri və orada Azərbaycan əleyhinə bəyanatlar verməsi, ermənilərin xarici dövlətlərdə səfirliyimiz qaşısında törətdiri təxribatlar deməyə əsas verir ki, Ermənistan-Azərbaycan sərhəddində atəkəsin pozulması siyasi sifariş olub. Üç dövlət (Rusiya, Ermənistan, Azərbaycan) 10 noyabr 2020-ci il tarixdə imzalanmış sənədə görə öhdəliklər götürüb və gec-tez imzalanmış sənəddəki müddəalar yerinə yetirilməlidir. Ermənistan istər xoşluqla, istər güc yolu ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəkdir, sülhə aparan yol 10 noyabr sazişinin icrasından keçir. Əgər Ermənistan öhdəlikləri yerinə yetirməsə bu zaman qarşı tərəfin sülhə məcbur etmə əməliyyatı qaçılmazdır. Bu əməliyyatı həyata keçirmək üçün əlmizdə kifayət qədər əsaslar var.

- Hansılardır?

- Əvvala, Ermənistan dövləti işğalçı dövlət kimi tanınır, bunu təsdiq edən BMT-nin məlum dörd qətnaməsi var. İkincisi, 10 noyabr 2020-ci il tarixdə imzalanmış sənədlə öhtəlik götürüb, üçüncüsü, beynalxalq təcrübədə hər bir dövlərin özünü qoruma haqqı var və s. Ermənistan-Azərbaycan arasında sərhədlərin dəqiqləsdirilməsi, müəyyən edilməsi həyata keçməyib və keçirmək fikirində də deyil. Ermənistan Azərbaycan ərazisinə iddiasını gizlətmir. Xatırlatmaq yerinə güşərdi ki, Rusiya prezidenti Putin Valday forumunda çıxış edərkən Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin Rusiya Baş Qərargahının arxivində olduğunu bildirmişdi. Rusiya 1920-ci il xəritələrini nəzərdə tutur, 1919-1920-ci ildə AXC-nin Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqları 113,9 min kv.km olub. Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün, eyni zamanda erməniləri sülhə məcbur etmək üçün tarixi torpaqlarımızda bufer zonası, yəni  təhlükəsizlik zolağı yaratmaq məcburiyyətində qalacaqdır. Təhlükəsizlik zolağı yaratmaqla 10 noyabr 2020-ci il tarixdə imzalanmış sənədin 9-cu maddəsinin də icrasını, yəni Zəngəzur dəhlizinin açılmasını da həyata keçirmiş olardı. Qeyd etmək istərdim, təhlükəsizlik zonası kimi belə bir təcrübə dünya təcrübəsində mövcud olub. Suriyada, İsrail Holan yüksəkliyi təcrübəsi var, ermənilər özləri də bu təcrübədən istifadə edərək 30 ilə yaxın Azərbaycan ərazisində hərbi qüvvə yerləşdirmişdi. Bir sözlə, tarixi torpaqlarımızda təhlükəsizlik zolağı yaratmaqla təhükəsizliyimizi təmin edə bilərik.

- Qeyd edirsiniz ki, tarixi torpaqlarımızda təhlükəsizlik zolağı yaratmaq təhükəsizliyimizi təmin edə bilər. Belə bir zolağın yaradılmasına ABŞ və Rusiyanın münasibəti necə olacaq?

- Bəli, dünya siyasətində ABŞ-la Rusiyanın maraqları toqquşub, bu maraqlar Cənubi Qafqazda da özünü göstərir. ABŞ siyasi rəhbərliyi  Paşinyanın əli ilə Rusiyanın Cənubi Qafqazda, o cümlədən Rusiya rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsindəki siyasi fəallığını aradan qaldırmaq istəyir. Bu məqsədlə Ermənistan Birləşmiş Ştatlar tərəfindən alət kimi istifadə edilir. Eyni zamanda, ABŞ-ın Ermənistan üzərindən İrana müdaxiləsi də reallaşa bilər. Ermənistannın ABŞ, Rusiya və İranın maraqlarının toqquşmasının mərkəzinə çevrilməsi bu ölkənin təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər. İran ona düşmən olan dövlətin (yəni, ABŞ-ın) yüksək rütbəli məmurunun qonşu ölkəyə səfərinə, orada təxribat xarakterli çağrışlarına göz yuma bilməz. İran rəsmiləri gözəl anlayır ki,  ABŞ  Ermənistandan İran əleyhinə istifadə edəcək.

Bundan başqa, ABŞ-ın Türkiyənin bölgədəki siyasi fəallığının (3+3 formatının) qarşısını almaq çəhdəri də sirr deyil. Aydın məsələdir ki, regionda mürəkkəb geosiyasi vəziyyət yaranıb. Yaranmış geosiyasi vəziyyətdə Rusiyanın, Türkiyənin, İranın və Azərbaycanın maraqları üst-üstə düşür. Regionda Rusiyanın, Türkiyənin, İranın və Azərbaycanın Ermənistana təsir imkanları ABŞ-ın təsir imkanlarından artıqdır. Ermənistan ya reallığı qəbul etməli, bölgənin inkişafı üçün Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamalıdır, ya da güc yolu ilə sülhə məcbur edilməlidir. Ermənistanla Azərbaycan arasında olacaq sülh bölgə dövlətlərinin siyasi maraqlarına cavab verir...

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN