booked.netbooked.net booked.net  

...Zəngəzur dəhlizi hazırda dünyanın siyasi xəritəsində diqqəti çəkən mövzuya çevrilməkdədir... Belə ki, ABŞ-ın beyin mərkəzlərindən biri olan "The National Interest"  "Armenia Must Build the Zangezur Corridor" (Ermənistan Zəngəzur dəhlizini tikməlidir (yəni bu, mütləqdir, hökmdür) adlı geniş məqalə ilə çıxış edib. Bu barədə tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli özünün sosial platformasında yazıb... Stephen Blankın qələmə aldığı məqalədə deyilir: "Rusiyanın qlobal tədarük yollarının blokadası şəraitində, malların Şərqdən Qərbə daşınması üçün bir neçə səmərəli həll yolu var. Onların arasında ən optimalı kimi Zəngəzur dəhlizi seçilir". Bu isə o deməkdir ki, Asiya ilə Avropa arasında mal mübadiləsinin ən optimal yolu Zəngəzur dəhlizidir...
 
Müəllif əlavə edir: "Ermənistan 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının bir hissəsi kimi dəhlizin açılması öhdəliyi götürüb. Bununla belə, bu sazişin şərtləri bu dəhlizi Rusiyaya həvalə edir ki, bu, növbəti fitnə-fəsad törətmək üçün təhlükəli presedentdir. Avropa İttifaqının (Aİ) ötən ilin dekabrında Ermənistan və Azərbaycan ilə üçtərəfli danışıqlarından sonra Çarlz Mişel tərəfindən açıqlanan düstur daha üstündür. Mişelin planı hər bir ölkəyə üçüncü tərfin manipulyasiyasına yer qoymadan dəhlizin öz ərazisindən keçən hissəsinə nəzarət etməyə imkan verəcək... Ermənistan qlobal təchizat zəncirində çatışmayan halqanın açılmasından əhəmiyyətli dərəcədə faydalanacaq. Bununla belə, indiyə qədər Ermənistan öz öhdəliyindən geri çəkilməyə çalışıb. Sözdə Qərblə ortaqlıqdan danışsa da Ermənistanın xarici siyasətində reallıq fərqlidir. Ermənistan Rusiyanın ən yaxın müttəfiqlərindən birdir və Rusiyadan asılı olan dövlətlərdən biri kimi möhkəm şəkildə ona bağlıdır və bu da ölkə rəhbərliyi üçün böyük siyasi dilemma yaradır".
Bəli, Ermənistan guya Rusiya ilə ABŞ arasında oyun oynayır, amma bilməlidir ki, hər kəs qazdığı quyuya özü düşməlidir... Bunun geci-tezi var...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN