booked.netbooked.net booked.net  

Rusiya prezidentinin Ukraynadakı müharibəyə göndərilmək üçün səfərbərlik elan etməsi ölkəni qarışdırdı...

Belə ki, dünən sentyabrın 21-də Rusiyada səfərbərliyə qarşı keçirilən etiraz aksiyalarında 1 400-dən çox insan saxlanılıb. Tezadlar.az CNN-Türk-ə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçiləri bildirib. Bildirilir ki, saxlanılmalar 38 şəhərdə baş verib. Onların əksəriyyəti Sankt-Peterburq (565 nəfər), Moskva (536 nəfər) və Yekaterinburqun (48 nəfər) payına düşür.

Rusiya Prezidenti Vladimir Putin dünən sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Hakimiyyət orqanları 300 000 insanı orduya çağırmağa söz veriblər. Ehtimal olunur ki, əvvəlcə orduda xidmət edən və ehtiyatda qalmaq üçün müqavilə bağlayanlar, sonra isə ehtiyatda olan kişilər orduya çağırılacaq. Bundan sonra bütün Rusiyada qərara etirazlar başlayıb. Bundan sonra isə ölkədən başqa ölkələrə getmək istəyənlərin sayı kütləvi surətdə artıb. Bununla bağlı təyyarə biletlərinin qiyməti sürətlə artıb, bir çoxlarına əlçatan olmayıb.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN