booked.netbooked.net booked.net  

 

Çərşənbə günü baş tutan BMT Baş Assambleyasındakı çıxışı zamanı, İran Prezidenti İbrahim Rəisi, Amininin ölümü və İranda böyüyərək davam edən etiraz aksiyaları haqqında danışıb. Bu haqda xəbər verən Guardian xəbər saytı bildirir ki, İran prezidenti, qərbin insan haqları ilə bağlı “ikili standartları” olduğunu iddia edərək, geniş miqyasda etiraz aksiyalarına səbəb olan ölümün araşdırılmalı olduğunu vurğulayıb. Prezident, ölümün səhlənkarlıq nəticəsində  baş verdiyi ortaya çıxacağı təqdirdə məsələni izləyəcəyinə söz verib. 

Aminin ailəsi isə, səlahiyyətli orqanlardan təhdidlər aldıqlarını və Aminin ölümünə keçmişdə keçirdiyi beyin əməliyyatının səbəb olduğu xəbərini dəstəkləmələri üçün təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Aminin atası, BBC Farscaya müsahibəsi zamanı, qızının nəşinin sadəcə üzünü və ayaqlarını görə bildiyini deyib.  

İran məhkəmə sistemi, etirazların xarici agentlər tərəfindən idarə edildiyini və İran əleyhinə sosial media tərəfindən qızışdırıldığını iddia edərək, məhkəmələrə, etirazçılara qarşı sərt mövqe tutmağı əmr edib. Ölkədə sosial medialara giriş məhdudlaşdırılıb. 

Rəisi isə, bu cür halların dünyanın hər yerində baş verdiyini, lakin İrandakı qədər səs-küyə səbəb olmadığını bildirib. “Hər gün, müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da kişi və qadınların polislər tərəfindən öldürüldüyünü görürük, lakin bu zorakılıq hallarının  səbəbi və bu hallarla mübarizə mövzusunda heç bir həssaslıq yoxdur” deyə Rəisi bildirib.  İran Xarici İşlər Nazirliyinin sözcüsü Nasser Kənani, tvitter hesabından: “İnsan haqlarını pozanların insan haqlarını şərh etmək üçün lazımi mənəvi səriştəsi yoxdur” cümləsini paylaşıb. 

Təkrar xadırladaq ki, Maşa Amini 16 Sentyabr tarixində İran “Əxlaq Polisi” tərəfindən şiddətə məruz qalmış və iki gün sonra həyatını itirmişdir. Şiddətə səbəb isə gənc qadının baş örtüyünü düzgün bağlamaması olub. 

Nərminə Hacıyeva

("Təzadlar"ın xüsusi müxbiri)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN