booked.netbooked.net booked.net  

Rusiya prezidenti Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib.

Tezadlar.az "BBC"yə istinadla bildirir ki, bu barədə Rusiyanın  “Novaya qazeta. Yevropa” Rusiya Prezident Administrasiyasındakı mənbəyinə istinadən yazıb.  Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk edən kişilərin sayı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin rəqəmləri bildirməsindən sonra başlayıb. Sitat: "Prezident Administrasiyasında elə bir atmosfer var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandıra biləcək”.

Ukrayna cəbhəsində isə ağır döyüşlər davam edir. Amma Ukraynadan kiminsə qaçıb aradan çıxması xəbəri yoxdur, əksinə, ölkəyə döyüşməyə gələnlərin sayı artmaqdadır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN