booked.netbooked.net booked.net  

Ötən gün qalmaqallı hadisə baş verib...

Belə ki, Belorus Prezidenti Lukaşenko Gürcüstanın Rusiyanın işğal altında olan bölgəsinə səfər edib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Gürcüstanın  Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal altındakı Abxaziyaya səfərini qınayıb. S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Sitat: "Mən Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu Gürcüstanın İşğal Altındakı Ərazilər Qanununun, bizim ikitərəfli əlaqələrimizin prinsiplərinin və beynəlxalq hüququn qəbuledilməz pozuntusudur ".

Belarus prezidenti Aleksandr Lukaşenko dünən işğal olunmuş Abxaziyaya gəlib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb. Bu isə ciddi siyasi qalmaqala səbəb olub.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN