Ötən gün Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, görüş zamanı Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasının və nəqliyyat-kommunikasiya xətlərinin açılması öhtəliyini Ermənistan tərəfinin diqqətinə çatdırıb. Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub. Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Rəsmi İrəvan isə hələki sülh danışıqlarından yayınmaqla vaxt udmağa çalışır. Lakin zaman göstərir ki, əbəs yerə vaxt itirən Ermənistanın siyasi rəhbərliyi həm də işğal etdiyi tarixi Azərbaycan torpaqlarını da əldən verməyə məhkumdur.

A.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA