booked.netbooked.net booked.net  

"Oktyabrın 6-da Ukrayna məhkəməsi Saakaşvilinin Ukraynaya köçürülməsi barədə qərar çıxara bilər".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə eks prezident Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze məlumat verib. Onun sözlərinə görə, oktyabrın 6-da Ukrayna məhkəməsində Saakaşviliyə qarşı qeyri-insani rəftar faktına görə məhkəmə prosesi baş tutacaq. Vəkil bildirib ki, şahid qismində dindirilməsi və Ukraynaya göndərilməsi barədə vəsatət irəli sürülüb. Vəkilin sözlərinə görə, Ukrayna Prokurorluğu artıq Saakaşvilinin şahid qismində dindirilməsi tələbini dəstəkləyib və onlar müvafiq sənədləri məhkəməyə göndərəcəklər.

Ehtimal var ki, məhkəmə güman edilən qərarı verəcək və Saakaşvili Ukrayna həbsxanalarından birinə göndəriləcək.

A.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN