booked.netbooked.net booked.net  

Qazaxıstanlılar da Rusiya TV-də ölkələri əleyhinə yağdırılan böhtanlardan beziblər - jurnalistlər dilə gəldi

  “Niyə Rusiya televiziyasında Qazaxıstana qarşı ekstremist bəyanatlar sərbəst şəkildə səsləndirilir?”

 ***

“Qazaxıstanlılar cəzalandırılır, o cümlədən Putini və Rusiyanı tənqid etdiklərinə görə müxtəlif müddətlərə məhkum edilirlər. Niyə biz həmvətənlərimizi Rusiya əleyhinə danışdıqlarına görə cəzalandırırıq, onlar isə öz növbəsində ağlına gələni deyirlər? Biz Rusiyadan qorxuruq, yoxsa onlardan asılıyıq?” – deyə jurnalistlər Qazaxıstan MM-nin spikeri Yerlan Koşanova sual veriblər.

 Spiker ölkəsinin Rusiyadan qorxmadığını, RF-nin efirlərində səsləndirilən fikirlərin rəsmi Moskvanın mövqeyini əks etdirmədiyini vurğulayıb:

“Biz Rusiyadan qorxmuruq və ondan asılı deyilik. Biz bərabərhüquqlu müstəqil dövlətik. Hər şey qanunla tənzimlənir. İkincisi, istər Rusiya, istərsə də başqa ölkə vətəndaşları olan əcnəbilərin Qazaxıstana qarşı hücumlarına həm prezident, həm deputatlar, həm də Xarici İşlər Nazirliyi reaksiya verdi. Efirdə deyilən sözlər və ya jurnalistlərin açıqlamaları Rusiya Federasiyasının rəsmi mövqeyi deyil. Bu, ayrı-ayrı şəxslərin fikri və məsuliyyətidir. Əgər bu hərəkətlərdə bizə qarşı qanun pozuntuları varsa, o zaman bizim Baş Prokurorluq bununla bağlı onların Baş Prokurorluğuna tələblər göndərəcək”, - deyə Milli Məclisin spikeri bildirib.

 

JASMİN

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN