Bakıda hər gün insanların əsəblərini tarıma çəkən tıxaclardan hələki çıxış yolu yoxdur...

Amma Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub və nazir işə piyada getməyə qərar verib, o, bu barədə özünün rəsmi feysbuk hesabında paylaşım edib. Nazir bu gündən işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. F. Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb. Nazir hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.

 Amma nazir yaxşı olardı həm də cibini doldurmaq üçün Bakını göydələnlərlə dolduran, qanunsuz sərəncamlar verib paytaxtn mərkəzdənkənara deyil, mərkəzə doğru tikdirən... Məmurlara da müraciət etsin! Ki, cənab məmurlar, bəsdirş Bakının canını boğazına yığmayın, gedin göydələnlərinizi kənarda tikin! Hansı ki, Prezidentin hələ 7-8 il əvvəl rəsmi göstərişi olmuşdu ki, Bakının mərkəzində göydələn tikintisi qadağandır. Amma məmurlar da fürsətcildirş Prezident İlham Əliyev işə gedib-gələndı yolları boşaldırlar, dövlət başçısı da tıxaclardan məlumatsız olur...

A.Məmmədli