booked.netbooked.net booked.net  

Rəsmi Minsk ordunun sülh dövründən müharibə dövrünə keçməsi üçün fəaliyyət planı hazırlayır.

Tezadlar.az "Belorus həqiqətləri" portalına istinadla bildirir ki, ölkənin qəfil döyüş hazırlığının yoxlanılması planı çərçivəsində ordunu “müharibə vaxtı”na keçirməyə başlamaq istəyirlər. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti də məlumat yayıb. Sitat: “Döyüş və səfərbərlik hazırlığı səviyyəsinin qəfil yoxlanılması planına (...) uyğun olaraq, Minsk hərbi komendantlığında sülh dövründən müharibə dövrünə keçirilməsi üçün kompleks tədbirlər həyata keçirilir”.

O da bildirilir ki, bu tədbirin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların biliklərinin yoxlanılması, eləcə də onların bölmələrinin maksimum döyüş hazırlığına gətirilməsi üzrə hərəkətlərinin qiymətləndirilməsidir. Amma ekspertlər hesab edir ki, Belarus Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzdə Rusiyanın əsas müttəfiqidir. Lukaşenka rejimi həm Ukraynaya qurudan hücumlar, həm də raket zərbələri üçün Belarus ərazisini Rusiyaya verib. Amma faktdır ki, Moskvanın təzyiqlərinə baxmayaraq, Lukaşenko Belarus ordusunun Ukraynaya hücumda birbaşa iştirakından yayınır. Eyni zamanda, Belarus səfərbər olanlar üçün Rusiyaya öz poliqonlarını verir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, Belarusun müharibədə birbaşa iştirak təhlükəsi minimaldır. Lakin Belarus ordusunun davamlı təlimləri bu istiqamətdə Ukrayna ehtiyatlarını sıxışdırmağa yönəlib ki, onlar Rusiyaya qarşı cəbhəyə getməsinlər.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN