booked.netbooked.net booked.net  

İsrail nüvə silahından istifadə ilə bağlı Tehrandan gələcək hər hansı təhlükənin zərərsizləşdiriləcəyini bəyan edib...

Tezadlar.az Bloomberg-ə istinadla bildirir ki, bu sensasion bəyanatla İsrailin müdafiə naziri Benni Qantz çıxış edib. O, hərbçilərin nüvə obyektlərinə zərbə endirməyə hazırlığına toxunub. Hərbi Hava Qüvvələrinin məzuniyyət mərasimində danışan Gantz bir gün pilotların belə bir hücumda iştirak etmək üçün çağırıla biləcəyini də söyləyib. Sitat: "Siz iki və ya üç ildən sonra şərqdə səmanı keçərək İrandakı nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz... ".

İsrail getdikcə daha çox narahatdır ki, Rusiyanın Ukraynada İranın hərbi imkanlarına artan etibarı Tehranı bunun müqabilində nüvə proqramında yardım üçün Rusiyaya müraciət etməyə vadar edə bilər. İsrail İranın nüvə proqramının dinc məqsədli olması ilə bağlı iddiasını rədd edir və İranın bomba əldə etməməsi üçün lazım olan bütün addımları atacağını bildirib. Benyamin Netanyahunun başçılıq etdiyi yeni İsrail hökuməti keçən ay keçirilən seçkilərdə qalib gəldikdən sonra cümə axşamı parlament tərəfindən təsdiqlənəcəyi gözlənilir. İDF-nin keçmiş baş qərargah rəisi Gantz çox güman ki, parlamentdə müxalifət üzvü olaraq qalacaq.
Xatırladaq ki, İsrail noyabr ayında İran və Rusiya hərbçilərinin istifadə etdiyi Suriyanın böyük Şayrat aviabazasına raket zərbəsi endirib.

İran rəsmilərinin isə başı ölkədəki hicab etirazlarına qarışdığından bu sensasion və hədələyici bəyanata cavab verməyib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN