booked.netbooked.net booked.net  

Rəsmi Moskva Yeni il gecəsi Ukrayna silahlı qüvvələri Donetsk vilayətinin Makiyevka ərazisinə endirdiyi rakət hücumu zamanı 89 rus hərbçisinin öldüyünü açıqlayıb...

Tezadlar.az "Rossiya 24"ə istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, rus hərbçilərinin yerinin təsbit edilməsi onların mobil telefonlardan qeyri-qanuni istifadə etmələri səbəbindən baş verib. Qeyd olunub ki, bu amil Ukrayna ordusuna raket zərbəsi üçün əsgərlərin yerinin koordinatlarını izləməyə və müəyyən etməyə imkan verib. Eləcə də nazirlik raket hücumu zamanı itkin düşənlərin sayını da etiraf edib. Lakin Ukrayna rəsmilərinin bildirdiyinə görə, raket hücumu nəticəsində 400-ə yaxın, bəzi mənbələr 600  rus hərbçisinin həlak olduğunu bildirib.

Rusiya prezidentinin sərəncamına görə isəş raket hücumunda həlak olanların ailələrinə 5 milyon, yaralananlara isə 3 milyon rubl təzminat ödəniləcək.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN