booked.netbooked.net booked.net  

Dünən 2023-cü ilin yanvarın 5-də Türkiyə prezidenti Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət Ukraynada hərbi əməliyyatlar və müharibənin başa çatmasından gedib...

Tezadlar.az “Anadolu” agentliyinə istinadla bildirir ki, söhbət yeni müharibə alovunun qarşısının alınmasına köklənib. Sitat: “Rusiya və Ukrayna arasında müharibə mövzusuna gəlincə, Türkiyə lideri dialoqun təşviqi təşəbbüslərinin müsbət nəticələrini xatırladıb, nəticədə “taxıl dəhlizi”, genişmiqyaslı əsir mübadiləsi və Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması. O vurğulayıb ki, sülh və dialoq çağırışları hərbi əməliyyatların birtərəfli dayandırılması və fikir ayrılıqlarının ədalətli həlli ilə dəstəklənməlidir”.
Ərdoğan həmin gün həm də Vladimir Zelenski ilə danışmağı planlaşdırıb. Güman ki, bu danışıq da baş tutub.

Putin isə Pasxa bayramı ilə bağlı 24 saatlıq atəşkəs elan edib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN