Ukraynaya hərbi müdaxilə Rusiya ordusuna ağır itki verib...

Belə ki, Ukrayna döyüşçüləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 110 250 hərbçisini məhv edib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, belə bir məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Sitat: "...Rusiyanın digər döyüş itkiləri 3 064 tank, 6 124 zirehli maşın, 1 792 operativ-taktiki PUA, 2059 artilleriya sistemi, 431 reaktiv yaylım atəşi sistemi, 215 hava hücumundan müdafiə sistemi, 285 təyyarə, 16 gəmi, 272 helikopter, 723 qanadlı raket, 4 797 avtomobil və tanker, 182 xüsusi texnikadan ibarətdir".

Türkiyə Prezidentinin administrasiyası isə məlumat yayıb ki, Ukrayna-Rusiya müharibəsi yaxın zaman içində daha şiddətli xarakter alacaq. Təəssüflər olsun, bütün cəhdlərə baxmayaraq müharibənin dayandırılması  hələki mümkünsüzdür. 

A.Məmmədli