Ukraynada gedən müharibədə Rusiya üçün şok yaşadan hadisəlır baş verməkdədir...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, məşhur biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyini onun “Vaqner” özəl hərbi dəstəsinin Soledarın ələ keçirilməsində iştirakını etirafa əcbur edib. Beıə ki, Rusiya MN bir gün əvvəl Soledarın tutulduğunu açıqlamışdı. Priqojının bir neçə gün əvvəl şəhəri ələ keçirənlərin onun döyüşçüləri olduğunu söyləməsinə baxmayaraq, Müdafiə Nazirliyinin ilk məlumatında “Vaqner”in adı ümumiyyətlə qeyd olunmamışdı. MAİ-nin gündəlik icmalına görə, bu, Rusiya informasiya məkanında kəskin reaksiyaya səbəb olub. Axşama yaxın Müdafiə Nazirliyindən daha bir məlumat yayıb. Hərbi qurum bu yeni məlumatı “KİV-dən olan sorğularla” əlaqələndirib. MN hücum əməliyyatlarının “Rusiya qoşunlarının müxtəlif növ qruplaşması” tərəfindən, “Soledarın şəhər bloklarına birbaşa hücum” isə “Vaqner” ÖHŞ-nin “hücum dəstələrinin könüllüləri” tərəfindən həyata keçirildiyini etiraf edib. Portal yazır ki, bəzi militarist bloqçular hesab edirlər ki, Priqojın Müdafiə Nazirliyini, birincisi, qəsdən qeyri-müəyyən ritorikadan kənara çıxmağa, ikincisi, “Vaqner” ÖHŞ-nin rəsmi tanınmasından və onun hərbi səylərini qəbul etməkdən çəkinmək siyasətindən əl çəkməyə məcbur edib. İndiyədək Müdafiə Nazirliyi öz hesabatlarında “Vaqner”in adını çəkməmişdi. Sitat: “Priqojın, çox güman ki, Soledardakı qələbədən Rusiyadakı nüfuzunu artırmaq üçün alver obyekti kimi istifadə etməyə çalışır. Müdafiə Nazirliyinin ictimai etirazlara cavab olaraq “Vaqner” qüvvələrini xatırlatması Priqojının mühüm qələbəsindən xəbər verir və onun bu müharibənin həlledici iştirakçısı statusunu möhkəmləndirir”.

Ukrayna Müdafiə Nazirliyinisə şəhər uğrunda döyüşlərin getdiyini yazmışdı...

A.Məmmədli