booked.netbooked.net booked.net  

Sabiq baş nazir bir çox siyasətçinin Rusiya ilə bağlı proqnozunun əksini söyləyib...

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson hesab edir ki, Rusiyanın müharibədə məğlubiyyəti onun dağılmasına səbəb olmayacaq və Qərb ilk növbədə Ukraynaya hərbi və siyasi dəstəkdə maraqlı olmalıdır.

Conson bu barədə “European Pravda” qəzetinə müsahibəsində deyib.

"Bizim vəzifəmiz Ukraynaya mümkün qədər tez qalib gəlməyə kömək etməkdir. Və bu baş verəndə bilirsiniz nə olacaq? Rusiyada sorğulara baxın, görün Putin Rusiyada mediaya və ictimai rəyin formalaşmasına necə nəzarət edir.

Onun sözlərinə görə Putinə Rusiya əhalisini  “xüsusi hərbi əməliyyatın” “xüsusi uğur” əldə etdiyinə inandırması çətin olmayacaq.

“Bu, sadəcə “çox xüsusi bir şəkildə” baş verib deyərək, hamıya izah edəcək”, - o, bildirib.

 Sabiq baş nazir Ukraynanın qalib gələcəyi təqdirdə Rusiyanın süqutunun mümkünlüyü ilə bağlı sualı isə belə cavablandırıb: "Xeyr, bunun baş verəcəyini düşünmürəm. Düşünürəm ki, Rusiya böyük, qürurlu, köhnə ölkədir. Ona görə də Rusiya dağılmayacaq.”

 "Lakin mən bir daha vurğulamaq istəyirəm ki, Böyük Britaniyanın məqsədi, NATO-nun məqsədi, Ukraynanın bütün dostlarının məqsədi - Moskvada hər hansı konkret dəyişikliyə nail olmaq deyil. Bizim məqsədimiz Ukraynanı qorumaq və ona kömək etməkdir, həmçinin Ukrayna azad, suveren və müstəqil olmalıdır”, - Conson bildirib.

O, əlavə edib ki, Avropanın gələcək təhlükəsizlik arxitekturası təkcə Ukraynanın deyil, Rusiyanın da təhlükəsizliyini təmin edə bilər.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN