booked.netbooked.net booked.net  

Birləşmiş Ştatlar Ukraynaya ilk dəfə olaraq 150 kilometrə qədər uzun mənzilli raketlərin də daxil olacağı gözlənilən 2 milyard dollardan çox hərbi yardım hazırlayır.

Tezadlar.az Reuters-ə istinadla bildirir ki, bj barədı ABŞ rəsmiləri məlumat paylaşıb. Nəşr qeyd edir ki, yardım bu həftənin sonunda elan ediləcək. Yeni hərbi yardım paketinə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün daha çox dəstək avadanlığı, eləcə də dəqiq idarə olunan döyüş sursatları və tank əleyhinə "Javelin"!silahları daxil ediləcək.  Reuters agentliyinin mənbəsi bildirib ki, 1,725 ​​milyard dollarlıq paketin bir hissəsi prezident Co Bayden administrasiyasına ABŞ-ın mövcud ehtiyatlarından deyil, sənayedən silah almağa imkan verən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) kimi tanınan fonddan gələcək. USAİ-nin vəsaiti yeni qanadlı silahın - 94 mil (150 km-ə qədər) mənzilli GLSDB bombasının alınmasına sərf olunacaq. 
Beləlikləş Rusiya müharibəyə hazırlaşdıqca, Ukraynaya da 12 ölkədən tank və raket tədarükü aparılır. Lakin hələki bu ölkələrdən sülh təşəbbüsü istisnadır. Müharibə isə davam edir.
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN