Xəbər verildiyi kimi, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir. 

Ancaq buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir. 

Qeyd edək ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet saytında bildirilir.

ELBAR