booked.netbooked.net booked.net  

“Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir” - millət vəkili

Görüntülər göstərir ki, Iran Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra
Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir.

Bunu millət vəkili Vüqar Bayramov bildirib.

O, vurğulayıb ki, həmin təlimlərin keçirilməsi və ölkəmizə qarşı təhdidlər əhəmiyyətsizdir və regiondakı vəziyyəti dəyişmək iqtidarında deyil.

“Aydındır ki, bu təlimlər və təhiddlər regiondakı yeni düzəni dəyişmək gücündə deyil. Digər tərəfdən, Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsinin özü də İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir. Bu siyasətdən itirən tərəf, təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir”, - deyə millət vəkili diqqətə çatdırıb.

O, həmçinin bildirib ki, İran  və Azərbaycanın ticarət dövriyyəsinin həcminə və dəyərinə nəzər saldıqda görünür ki, qarşı tərəf ölkəmizə bizdən dəfələrlə çox dəyərə sahib mal ixrac edir.

“Məsələnin iqtisadi tərəflərinə gəldikdə isə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub. İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində
məhsul ixrac edib.
Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu isə həm də o deməkdir ki, İranin qüsurlu
xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa o zaman itirən tərəf məhz Tehran olacaq”, - deyə iqtisadçı ekspert əlavə edib.

Vüqar Bayramov, həmçinin İrandakı inflyasiyanın səviyyəsinə də diqqət çəkib:

“İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda biznes üçün bu heç də kiçik rəqəm deyil”.

Xatırladaq ki, İran çoxdandır ki, Azərbaycana güc nümayiş etdirir, ölkəmiz əleyhinə rəsmi dairələr tərəfindən şər-böhtan yağdırılır, açıq şəkildə təcavüzkar Ermənistan dəstəklənir. Onlar təcavüzkarın yanında olduqlarını əməli şəkildə də göstəriblər. Həmçinin qonşu müsəlman ölkə bölgənin inkişafına təkan verəcək Zəngəzur dəhlizinin də açılmasının əleyhinədir. Halbuki 35 milyondan çox azərbaycanlının öz doğma torpaqlarında  yaşadığı dövləti din qardaşımız və dost hesab edirik...

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN