booked.netbooked.net booked.net  

30 il ərzində işğal altında qalmış Qarabağın probleminin Azərbaycanın öz gücü ilə cəmi 44 günə həll edilməsindən sonra, hətta ABŞ belə bu məsələdə incəliklə davranış göstərir...

Bu dəfə ABŞ administrasiyası Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib. Tezadlar.az CNN-ə istinadla bildirir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bu barədə danışıb.  Sitat: “Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün qəbul edib”.

Bildiyiniz kimi, bu ilin mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Hoqanın sözlərinə görə, bu görüşdə “iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə” olub.O qeyd edib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb.

Bəli, Rusiya öz nüfuzu naminəş ABŞ isə öz maraqları üçün Ermənistanla Azərbaycan arasındakı mövcud münasibətin sülh ilə nəticələnməsinə çalışır. Fransa isə birtərəfli qaydada təşəbbüsü ələ almaq fikrindədir. Görünür, yenə də son sözü Azərbaycan deməyə məcbur qalacaq...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN