Azərbaycanın İsraildəki səfiri terrorçuların törətdiklərindən dəhşətə gəlib.

***

Minlərlə İsrail vətəndaşı kimi ailəm və mən də saatlarla sığınacaqda qalmalıyıq.

Bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "X"da paylaşıb.

 "Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir", - deyə qeyd olunub.

Diplomat bildirib ki, bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var.

 
"As thousands of Israeli citizens, my family & I have to spend hours in shelter. I condemn indiscriminate rocket strikes & terrorist attacks against civilians. I am appalled by numerous abductions of civilians, including women & children, who are abused & mistreated by terrorist abductors. Like all sovereign states, #Israel has right to live in peace & security".