booked.netbooked.net booked.net  

...Türk dünyasında yeni səhifələr açılır...

Belə ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. “Biz İslamabad-Tehran-İstanbul magistral yolunun istismara verilməsi və eyni marşrut üzrə dəmir yolu xəttinin canlandırılması səylərini alqışlayırıq”. Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb. “Ölkəmizlə regionumuz arasında birbaşa magistral əlaqə yaradacaq Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk”, - dövlət başçısı qeyd edib.

Onu da deyək ki, bu gün noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN