Soçi bəyanatı Azərbaycanın dövlət başçısının növbəti siyasi-diplomatik qələbəsidir.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AzərTac-a açıqlamasında deyib.

Sədr müavini qeyd edib ki, bu bəyanat Azərbaycanın hərbi müstəvidə olduğu kimi, diplomatik platformada da söz sahibi olduğunu göstərir. “Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı və Ermənistan kapitulyasiyaya bərabər razılaşma imzaladı. Həmin razılaşmaya əsasən Ermənistan işğalda saxladığı digər ərazilərdən öz qoşunlarını geri çəkməyə hazır olduğunu bildirdi. 2021-ci ilin 11 yanvar bəyanatı ilə isə regionda bütün nəqliyyat kommunikasiyaların açılması ilə bağlı tərəflərin razılığı elan edildi. Lakin hər zaman təxribat və avantüralara meyilli olan Ermənistan bu dəfə də bölgədə müəyyən gərginliklər yaratmağa cəhd edir, Zəngəzur dəhlizinin açılmasına, nəqliyyat kommunikasiyasının canlanmasına mane olurdu. Ancaq bu il noyabrın 26-da Soçidə imzalanan bəyanatla Ermənistan hər iki bəyanatın – həm 10 noyabr, həm də 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiq etdi. Bu da dövlətimiz adına çox böyük uğurdur. Onu da qeyd edim ki, bu bəyanat sadəcə diplomatik müstəvidə deyil, həm də hərbi müstəvidə qazanılan zəfərin nəticələrini möhkəmləndirməyə xidmət edir. Bu isə Azərbaycanın maraqlarına tamamilə uyğundur”.

Cəlil Xəlilov bildirib ki, 26 noyabr bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə layiqli cavabdır: “Soçi bəyanatı erməni təxribatlarına ən layiqli cavab kimi də xarakterizə edilə bilər. Çünki bu bəyanatla Ermənistan bundan əvvəlki bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini bir daha təsdiqlədi. Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi həqiqətən bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə, bu reallıqlarla barışmağa məcburdur”.

TEZADLAR.AZ

 


GÜNDƏM

Jurnalistler


IMAGE
ŞƏHİD ANASI...
Friday, 20 May 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA