Erməni mətbuatında Ermənistanın keçmiş, indiki prezidentlərinin, baş nazirlərinin müxtəlif mövzuda pafoslu çıxışları olur. Qarabağdakı məğlubiyyətdən şoka düşən bu ranqdan

olan adamlar özlərini müdrik,uzaqgörən siyasətçi kimi göstərməyə çalışırlar.  Bir az dərindən analiz etsək, görərik ki, onları nə Ermənistan, nə erməni xalqı maraqlandırır. Əslində isə, bu çıxışlar Ermənistanı real vəziyyətini əks etdirsə də, məqsəd keçiriləcək seçkilər ərəfəsi xal qazanmaq, vəzifə hərisliyidir.

Belə çıxşlardan birini də bu yaxınlarda Ermənistanın "Azadlıq" Partiyasının lideri, keçmiş Baş nazir Qrant Baqratyan etmişdir. Ermənistanın halına “acıyan” Baqratyan deyir ki, Ermənistanın vəziyyəti çox ağırdır və ermənilər bölgənin gülüş hədəfinə çevriliblər və biz artıq xalq deyilik: "Biz regionun gülüş obyektinə çevrilmişik. Ermənilər heç bir dövlət yaratmayan xalq sayılırlar. Biz daha xalq deyilik",-deyə Ermənistanın keçmiş Baş naziri bildirib.

Onu da qeyd edək ki, bütün erməni siyasi qüvvələri Ermənistanda parlament seçkisindən sonra  vətəndaş müharibəsinin başlanacağını iddia edir və bildirirər ki, heç bir partiya seçkilərdə məğlub olmaqla  barışmayacaq.

Şakir QURBANOV