"Rusiya Qarabağda vəziyyətin sabitləşməsi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı atılan bütün addımlar Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə, infrastrukturun, nəqliyyat logistikasının inkişafına gətirib çıxarmalıdır: "Eyni zamanda bu addımlar gərginliyin artımına xidmət edəcək heç bir elementə yol açmamalıdır".