booked.netbooked.net booked.net  

Nəinki Ermənistan prezidenti Armen Sarkisyan, eləcə də erməni xalqı və bu xalqı qırğına sürükləmiş,

uçurum qarşısına gətirib çıxarmış sarkisyanlar, koçaryanlar belə İrəvan və Bakı arasında sabit sülhün bərqərar olacağına ümid edir. O, bunu "Sky News Arabia" telekanalına müsahibəsində bildirib. Sarkisyanın sözlərinə görə, o, praqmatik düşüncəli insandır və sabitliyə nail olmaq üçün danışıqlar və dialoqdan daha yaxşı yol yoxdur.

Ermənistan prezidenti hesab edir ki, Azərbaycanla Ermənistan arasında barışıq əldə olunub, lakin bu, tam sülh deyil. Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılır, bunun nəticəsində sabit və praqmatik sülh yaranacaq, - Sarkisyan ümid edir.

 

“Ümid edirəm ki, bu dəfə Ermənistan və Azərbaycan kompromislərin köməyi ilə sabit sülhü bərqərar edə biləcəklər. Amma bu, asan deyil”, - Sarkisyan bildirib. O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən qeyd edib ki, “praqmatizm və sabitlik onu deməyə əsas verir ki, qonşularınızla problem yaşamamalısınız, xüsusən də qonşunuz böyük ölkədirsə...”.

Bəli, böyük və həm də geçikmiş etirafdır... Lakin bununla belə, Ermənistanın hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, 2-3 milyonla 80 milyonluq Azərbaycan, 90 milyonluq Türkiyə türkləri ilə dost və mehriban münasibətsiz yaşamaları mümkünsüzdür...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN