booked.netbooked.net booked.net  

Nəhayət, sabiq baş prokuror Eldar Həsənovun qalmaqalla müşaiyət olunan məhkəmə prosesi başa çatdı...

 Yerli KİV-lərin verdiyi məlumata görə, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə əsasən E.Həsənovun əmlakı da dövlətin xeyrinə müsadirə olunacaq. E.Həsənovun işi üzrə məhkəmə prosesi  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə bir neçə aydır davam edirdi. Prokuror E.Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama əsasən Eldar Həsənov 2010-2020-ci illərdə “qabaqcadan əlbir olan bir qrup şəxs halında” 18 milyon manat pul vəsaitini mənimsəyib. Bu pullar səfirliklər üçün yeni inzibati binaların alınması, təmir-tikinti işlərinin aparılması zamanı israf olunub və mənimsənilib. Habelə E.Həsənov vəzifə səhlənkarlığında, səlahiyyətlərindən sui-istifadə etməkdə də ittiham olunurdu.

E.Həsənov bütün bu ittihamları rədd edirdi, amma... 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN