...Ukraynanın hərbi-siyasi vəziyyətində Rusiya təhlükəsi hazırda dünyanın diqqətindədir...

Hətta bu niyyətə aydınlıq gətirilməsi üçün ABŞ-Rusiya danışıqları da uğursuz oldu. Çünki Rusiyanın tələbləri olduqca böyükdür... Bu arada Tbilisidə Ukrayna səfirliyi qarşısında “Utanc” hərəkatının təşkilatçılığı ilə Ukraynaya dəstək aksiyası keçiriblər. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, aksiyada vətəndaş fəalları, ictimai xadimlər və siyasi partiyaların üzvləri iştirak ediblər. Aksiya iştirakçıları Ukrayna və Gürcüstanın dövlət himnlərini səsləndirib, hər iki ölkənin bayraqlarını dalğalandırıblar. Etirazçılar “Rusiyasız Ukrayna və Gürcüstan”, “Ukraynaya azadlıq”, “Biz heç vaxt Sovet İttifaqına qayıtmayacağıq” və s. şuarlar səsləndirib, əllərində plakatlar tutublar. Etirazçılar Ukrayna ilə bağlı baş verən hadisələr barədə Gürcüstan hökumətinin səs çıxarmasının vacib məsələ olduğunu bildiriblər.

Xatırladaq ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı yaşadıqları hadisələri Gürcüstan da yaşamaqdadır...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA