...Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib ki, qanunsuz parkinq fəaliyyətinə qarşı mübarizə sərtləşdiriləcək. Qurum adından çıxış edən Vaqif Əsədov bildirib ki, bununla bağlı idarəyə çoxsaylı şikayətlər daxil olur. Amma təəssüflər olsun ki, yenə də bu özbaşınalığı edənlərin adı çəkilmir. Halbuki bunu edənlərin kimlər olduğu polisə də bəllidi, digər aidiyyatı qurumlara da.
O zaman ad çəkmək bizə düşər... Deyilənə görə, qanunsuz fəaliyyət göstərən parkinqlərin əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin nəzarətinə keçib. Bunun sübutu olaraq qeyd edim ki, fotoda gördüyünz şəxs BNA-nın əməkdaşıdır. Qurum rəhbərliyinin əmri ilə düşürlər küçələrin canına, harada boş yer var çəkirlər. Sonra lal-kar "parkovşik"ləri gətirib düzürlər küçəyə. Deyilənə görə, harada lal-kar parkovşik var, hamısı konkret olaraq BNA-nın rəhbəri Vüsal Kərimov üçün işləyirlər. Bax budur, BNA-nın qanunsuz dayanacaqlarda apardığı mübarizəsi...
Zülfüqar Xeyirxəbər,
jurnalist
*** 
"Təzadlar"dan: BNA-nın bu qanunsuz fəaliyyət siyahısına həm də BNA əməkdaşlarının küçələrə tökülüşüb aptekə düşən, dükandan çörək alan, uşağını məktəbə yola salan... sürücüləri cərimələməyini əlavə etmək lazımdır. Ölkə Prezidenti əhaliyə yardım verir, BNA müfəttişləri isə əhalinin dərisini soymaqla məşğuldur. BU, insanları süni olaraq etirazlara, narazılıqlara sürükləməkdir...
A.Məmmədli