Olaf Şolts bildirib ki, Şərqi Avropanın yeni ölkələrinin NATO-ya daxil olması hazırda müzakirə olunmur.

Almaniya kansleri həmçinin bildirib ki, NATO genişlənməməyə zəmanət verə bilməz, lakin Şərqi Avropanın yeni ölkələrinin alyansa daxil olması gündəmdə deyil.

Bunu bazar günü “Süddeutsche Zeitung” qəzetində dərc olunan müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

O, NATO-nun genişlənməməsinə zəmanət ola bilərmi sualına cavabında deyib: "Şərqi Avropanın yeni ölkələrinin NATO-ya daxil olması indi, ümumiyyətlə gündəmdə deyil. Niyə Rusiyadan bu tələb var? Belə bir zəmanət ola biməz."

 "Biz hamımız bilirik ki, transatlantik müdafiə alyansı lazımdır. Demokratik ölkələr olaraq biz təhlükəsizlik maraqlarımızı NATO daxilində birləşdiririk", - deyə kansler əlavə edib.

 Qeyd edək ki, 2021-ci il iyunun 14-də keçirilən NATO sammitinin iştirakçıları yekun bəyanatda, Ukrayna və Gürcüstanın gələcəkdə alyansa üzv ola biləcəyini qeyd ediblər.

 Xatırladaq ki, 2021-ci il dekabrın 17-də Rusiya XİN Moskvanın ABŞ və NATO-dan gözlədiyi təhlükəsizlik zəmanətləri ilə bağlı saziş layihələrini dərc edib.

 Rusiya  Qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edir.

Y.MƏMMƏDLİ

 


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA