Rusiya qüvvələri Ukraynanın Luqansk rayonunun Stanisia kəndini bombalayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, işğalçı qüvvələr Stanisia kəndində yerləşən uşaq bağçasını bombalayıblar. Hazırki məlumatlara görə, hücum nəticəsində 2 nəfər yaralanıb, uşaq bağçasının bir hissəsi dağılıb və qəsəbənin bir hissəsi işıqsız qalıb. Hadisədən sonra mülki insanlar sığınacaqlara təxliyə edilib. Qeyd edək ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov hazırda 140 min rus əsgərinin Ukrayna sərhədləri boyunca səfərbər olunduğuna dair bəyanat yayıb.

Xatırladaq ki, dünən BMT-nin təcili iclası çağrılıb və müharibənin qarşısının alınması üçün ciddi müzakirələr baş tutub... Ukrayna Prezidenti Zelenski isə separatçılarla danışıqlara gedilməyəcək, çünki Rusiyanın tələbi budur...

A.Məmmədli