Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı daha bir Rusiya qırıcısının vurulduğunu bildirib.

"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, facebook-da səhifəsində Zalujnı məlumat verib... O, deyib: "Hərbçilərimiz Ukrayna səmasını nəzarətdə saxlayır. Düşmənin daha bir SU-25 qırıcı təyyarəsi pilotla birlikdə məhv edilib".
 Baş Qərargah hadisənin baş verdiyi yer barədə məlumat vermir, amma fotoşəkil yayımlayıb. 

Xatırladırıq ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat vermişdi ki, martın 4-də Volnovaxa səmasında Birləşmiş Qüvvələrin hava hücumundan müdafiə bölmələri mülki əhalinin evlərini və mülki infrastrukturu bombalayan daha bir Su-25 hücum təyyarəsini vurub. 
Amma bildirilirdi ki, pilot havadan atılıb, onu axtarırlar.

Ukraynanın paytaxtı Kiyev ətrafında da vəziyyət gərgin olaraq qalır.

A.Məmmədli