Ukrayna BMT-nin Haaqa Məhkəməsindən ukraynalıların “soyqırımı” işinə baxrkən 4 vacib qərar gözləyir...

Bu barədə Haaqada keçirilən fövqəladə dinləmələr zamanı BMT-nin Ədalət Məhkəməsində Ukraynanın iddiasını müdafiə edən Oksana Zolotareva deyib.
Xüsusilə, Ukrayna Məhkəmədən aşağıdakı müvəqqəti tədbirlərin görülməsini xahiş edir:
1.Rusiya Federasiyası 2022-ci il fevralın 24-də başlayan və Ukraynanın Luqansk və Donetsk vilayətlərindəki soyqırımın “qarşısını almaq və cəzalandırmaq” olan hərbi əməliyyatları dərhal dayandırır.
2. Rusiya Federasiyası dərhal nəzarət etdiyi və ya dəstəklədiyi hər hansı hərbi və ya qeyri-qanuni silahlı birləşmələrin, o cümlədən hər hansı təşkilat və şəxslərin Ukraynanın tələb etdiyi qanunsuzluqlarının qarşısını almaqla hərbi əməliyyatlara son verməlidir.

3.Rusiya məhkəmədəki mübahisələndirilən məsələlərə maneçilik hərəkətindən çəkinməlidir.
4. Rusiya Federasiyası bu sərəncamın icrası barədə Məhkəməyə hesabat verməlidir.
Zolotareva "Bu, Ukrayna xalqı üçün ölüm-dirim məsələsidir. Ona görə də mən hörmətli məhkəməni qərarını mümkün qədər tez verməyə çağırıram", - deyə bildirib.
"Təzadlar" onu da xatırladır ki, Rusiya Haaqa məhkəməsində özünü müdafiə etməkdən imtina edib. Eyni zamanda, Rusiyanın müdafiəni rədd etməsi dinləmələri dayandırmayıb. 

A.Məmmədli