Rusiyanın Ukraynaya təcavüzü rus ordusu haqqında indiyədək formalaşmış mifi məhv etdi...

Əsir düşən rus hərbçilərinin taleyi, tank kalonlarının məhvi, "15 günə Kiyevdəyik" deyən Putinin alt-üst olan planı... İndi də əsir düşən rus generalı... "Təzadlar" "Evropeyskaya pravda"ya istinadla bildirir ki, ötən gün isə Rusiya ordusunun general-mayoru Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb. Ukrayna Müdafiə Nazirliyi xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb. "Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”.

Onu da xatırladaq ki, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında fəal iştirak edib, "Krımın qaytarılmasına görə" medalı ilə təltif olunubmuş. Martın əvvəllərində Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetski də öldürülüb. O, da qaniçənliyi ilə tanınırdı.

A.Məmmədli