Rusiyanın Ukrayna ilə apardığı müharibənin haqsız olmasını bütün dünya təsdiqləyir.

Belə ki, Fransa prezidenti Makron Rusiya prezidenti Vladimir Putinin Ukraynada apardığı ədalətsiz müharibəyə son qoymaq üçün ortaya atdığı tələblərin qəbuledilməz olduğunu deyib. Ukrayna KİV-i yazır ki, Makron barədə Avropa İttifaq liderlərinin Versal sammitindən əvvəl açıqlamasında deyib. Sitat: "Mən realist olmalıyam. Biz prezident Putinlə daim danışıqlarda iştirak edirik. Müharibənin başlanmasından əvvəlki son dəqiqələrə qədər və onun müharibənin başlandığını elan etməsindən sonra. Biz danışıqlar aparmağa və atəşkəsə nail olmağa çalışırıq. Amma mən etiraf etməliyəm ki, Putinin irəli sürdüyü şərtlər heç kim üçün qəbul edilmir. Ancaq faktlar belədir: Rusiya müharibəyə başlamaq qərarına gəlib, Ukraynanı bombalayır, Rusiya mülki insanları bombalayır və paralel olaraq danışıqlar aparır. Amma bu danışıqlar heç bir nəticə vermir. Düzünü desəm, yaxın bir neçə saat ərzində atəşkəsin mümkünlüyünü görmürəm”.

Ukrayna isə Rusiyanın yeni müharibə hədələrinə cavab olaraq hazırlığını görür. Artıq ABŞ Ukraynaya 13,6 milyard dollarlıq yardım da ayırıb. Bu yardım həm də hərbi məqsədləri əhatə edir.

Sevinc MURADXANLI