Ukrayna ordusu son iki gündə 6 yaşayış məntəqəsini Rus qoşunlarından təmizləyib.

Bu güm isə məlum olub ki, Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını da tərk etməkdədir. Bu barədə Ukrayna KİV-ləri yazıb. Belə ki, ruslar AES-i tərk etmək  niyyətlərini stansiyanın ukraynalı heyətinə bəyan ediblər. Rusiya hərbçiləri Slavutiç şəhərini də boşaltmağa başlayıb.

Slavutiç şəhərini mühasirədə saxlayan Belarusa doğru hərəkət etmək üçün hazırda Rusiya hərbçilərinin konvoyunun formalaşdırıldığına dair sübutlar da var. Bu arada ABŞ UKraynaya lamikadze dronlar göndərib, silahlar artıq Ukraynadadır. Bu barədə isə TRT-HABER məlumat paylaşdı.

Seninc MURADXANLI