"Brüsseldə Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafaqazdakı təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir görüş idi. Bu görüşdə Azərbaycanın təkliflərinin dəstəklənməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bariz nəticəsidir".

Bu barədə türkiyəli politoloq, Süleyman Dəmirəl Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin müəllimi Prof. Dr. Timuçin Kodaman deyib.

Onun sözlərinə görə, keçirilən görüşün vacib məqamlarından biri Soçi Bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunması idi.

“Brüsseldə keçirilən görüşdə çox əhəmiyyətli irəliləyiş əldə olunub. Sülh danışıqlarına və dövlət sərhədinin delimitasiyası komissiyasının yaradılmasının yaradılması ilə bağlı razılıq Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilir. Danışıqların Azərbaycanın baza prinsipləri kimi irəli sürdüyü 5 maddə əsasında davam etdirilməsi Azərbaycanın mövqeyinin güclü olduğunu bir daha təsdiq edir. Avropa İttifaqında “Dağlıq Qarabağ ifadəsinin istifadə olunmaması Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir", - deyə T.Kodaman əlavə edib.

T.Kodaman qeyd edib ki, Azərbaycanın bu çərçivədə İsrail, Türkiyə, Rusiya, İran, Avropa İttifaqı ilə olan əlaqaləri Ermənistanın siyasəti ilə müqayisə belə edilə bilməz. Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın təkliflərinin daha öndə olması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bariz nümunəsidir.

"Əhəmiyyətli olan digər məqam isə dünyadakı Fransanın, Amerika Birləşmiş Ştatlarının dəstəklədiyi erməni lobbisinə rəğmən Prezident İlham Əliyevin dünyanın fərqli ölkələri ilə qurduğu diplomatik əlaqələr sayəsində dünya mediasında Azərbaycan əleyhinə xəbərlər dərc olunmasının əngəllənməsidir. Bu özü də çox böyük bir müvəffəqiyyətdir. Azərbayan torpaq bütövlüyünü bərpa edib və həm daxili, həm xarici siyasətində uğurlu addımlar atılır”, – deyə T.Kodaman bildirib.